Azərbaycanın Müdafiə naziri Moskvaya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Müdafiə naziri Moskvaya səfər edəcək

16:00 - 02 / 09 / 2020
Azərbaycanın Müdafiə naziri Moskvaya səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri Müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak etmək üçün sabah Moskva şəhərinə yola düşəcək.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər sentyabrın 6-dək davam edəcək.

S.Xankişiyeva

 

Paylaş:
700

Son xəbərlər

Bütün xəbərlər