Maskalı şəxslər evə basqın edib ailənin 3 üzvünü bıçaqladılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Maskalı şəxslər evə basqın edib ailənin 3 üzvünü bıçaqladılar

15:24 - 17 / 09 / 2020
Maskalı şəxslər evə basqın edib ailənin 3 üzvünü bıçaqladılar

Astarada ailə maskalı şəxslərin hücumuna məruz qalıb.

1news.az APA-ya istinadən bildirir ki, hadisə dünən gecə saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Abdullayevlər ailəsinin 3 üzvü daxil olub.

Bunlar Təngərüd kənd sakinləri 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və 2000-ci il Emral Seymur oğlu Abdullayevdir.

Onlardan baba və nəvə - S.Abdullayev və E.Abdullayev Reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin iddiasına görə, evə maskalı şəxslər hücum edib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
603

Son xəbərlər

Bütün xəbərlər