DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Saleh Səmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
85












