Türkiyədə prezident seçkisi 2028-ci ilin əvvəlində keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə prezident seçkisi 2028-ci ilin əvvəlində keçiriləcək

1news Redaksiyası16:34 - Bu gün
Türkiyədə prezident seçkisi 2028-ci ilin əvvəlində keçiriləcək

Türkiyədə növbəti prezident seçkisi 2028-ci ilin mart və ya aprel aylarında olacaq.

1news.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum məlumat verib.

O, növbəti seçkilərdə Ərdoğanın da namizəd olacağını bildirib:

"Növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel ayında keçirilməsi böyük ölçüdə dəqiqləşib. Prezident Rəcəb Tayyib Ərdoğan növbəti seçkidə sonuncu dəfə namizəd olacaq".

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər