Prezident İlham Əliyev Zelenskiyə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Zelenskiyə başsağlığı verib

15:00 - 26 / 09 / 2020
Prezident İlham Əliyev Zelenskiyə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Xarkov vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

S.Xankişiyeva

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər