Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM

11:12 - 28 / 09 / 2020
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilsin.
  2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
  4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər