Şefik Caferoviç: Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir | 1news.az | Xəbərlər
Rəsmi

Şefik Caferoviç: Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir

20:31 - 29 / 09 / 2020
Şefik Caferoviç: Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Zati-aliləri,

Dağlıq Qarabağ bölgəsində münaqişənin gərginləşməsinə səbəb olan Ermənistan artilleriya hücumlarını kəskin şəkildə pislədiyimi bildirmək istəyirəm.

Azərbaycan Respublikası ilə çox sıx dostluq münasibətləri olan Bosniya və Herseqovina dövləti Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.

Ümid edirəm ki, bütün bölgədə sülhə təhlükə törədən silahlı qarşıdurmalara ən qısa müddətdə son qoyulacaq və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq danışıqlar vasitəsilə dinc həllini tapacaqdır".

S.Xankişiyeva

 

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər