Kamran Əliyev: “Arutunyan kimilərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: “Arutunyan kimilərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik”

16:40 - 05 / 10 / 2020
Kamran Əliyev: “Arutunyan kimilərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik”

“Biz hüquq normalarının bütün vasitələrindən istifadə edərək Araik Arutunyan kimilərinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əlimizdən gələni edəcəyik”.

1news.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanın şəhər və rayonlarını atəşə tutan Ermənistanın məqsədi münaqişəyə üçüncü ölkəni cəlb etməkdir: “İkincisi, məqsəd özlərinin, Qarabağın kriminal silahlı birləşmələrinin cəbhədə uğursuzluqlarına don geyindirmək və Ermənistan cəmiyyətinin diqqətini bundan yayındırmaqdır. Onlar Azərbaycanın mülki əhalisinə hücum edərək özlərini cəmiyyətdə qəhrəman kimi qələmə vermək istəyirlər. Azərbaycanın dinc əhalisini qorxutmaq istəyirlər. Düşünürlər ki, bu zaman mülki əhali öz yaşayış yerlərini tərk edəcək. Sizi əmin edirəm ki, bunlar alınmayacaq”.

1news.az

Paylaş:
321

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər