Baş Prokurorluq: Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb | 1news.az | Xəbərlər
Siyasət

Baş Prokurorluq: Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb

18:37 - 09 / 10 / 2020
Baş Prokurorluq: Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

09.10.2020-ci il tarixdə saat 14 radələrində Quzanlı qəsəbə sakinləri 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu,1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu,1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

S.Xankişiyeva

 

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər