İlham Əliyev: Mən Azərbaycan xalqına da üzümü tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyev: Mən Azərbaycan xalqına da üzümü tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq

19:26 - 09 / 10 / 2020
İlham Əliyev: Mən Azərbaycan xalqına da üzümü tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq

Bəs nə oldu Paşinyan? Deyirdin ki, “Dağlıq Qarabağ respublikası” bütün işğal edilmiş torpaqları o cümlədən əhatə edir.

Bəs gəl müdafiə et bunları. Nə qaçırsan Moskvaya? Nə zəng edirsən dünya liderlərinin beynini xarab edirsən? Daha kim qaldı ki, zəng etməsin. Kim qaldı ki, zəhləsini tökməsin. Bir məsləhət verərdim ki, bəlkə bir şamanlara zəng etsin. Onlar ona kömək etsin. Ya da ki, hansısa uzaq adada yaşayan bir qəbilə başçısına zəng etsin, o, onun canını qurtarsın. Necə deyərlər anekdot personajına çevrilib. Açın baxın sosial şəbəkələrə baxın. Lağa qoyurlar, ələ salırlar, anekdotlar qoşurlar. Öz ölkəsini bu qədər rəzil edın bəlkə də dünya miqyasında ikinci adam olmayıb. Nəyə görə, çünki gəlib başqasının torpağında oturub, o torpaqdan çıxa bilmir.

1news.az-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev bunu xalqa müraciətində deyib.

“Ona görə mən Azərbaycan xalqına da üzümü tutub deyirəm, biz torpaqlarımızı geri alacağıq. Mən xatırlayıram, Dağlıq Qarabağda qanunsuz oturan və oradan çıxarılacaq dəstə başçısı özünə “andiçmə” mərasimi keçirmişdi Şuşa şəhərində. O vaxt Azərbaycan cəmiyyətində bu, böyük rezonans yaratdı, yəni çox böyük təsir etdi. Biz bunu təhqir kimi qəbul etdik. Biz hamımız, istisnasız. Mənə də, yadımdadır, çağırışlar olmuşdur ki, biz buna imkan verməməliyik, biz oranı bombalamayıq, oranı dağıtmalıyıq. Əlbəttə ki, mən buna gedə bilməzdim. Çünki bizim müharibəmiz mülki vətəndaşlarla deyil. Ermənistandan fərqli olaraq biz mülki vətəndaşları atəşə tutmuruq. Ancaq biz bunu unutmamışıq. İndi getsin baxsın, onun and içdiyi mərasimin keçirildiyi binaya baxsın, nə gündədir o”, - deyə Azərbaycan Prezidenti bildirib.

S.Xankişiyeva

 

Paylaş:
393

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər