Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək - Hikmət Hacıyev | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək - Hikmət Hacıyev

19:48 - 11 / 10 / 2020
Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək - Hikmət Hacıyev

Bu gün Ermənistan Gəncəni raket atəşinə məruz qoyub. Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Gəncə təmas xəttindən uzaqda yerləşir: “Ermənistan Gəncəni Varldenis rayonundan atəşə tutub. Gəncə əhalinin sıx yaşadığı şəhərdir. Atəş nəticəsində mülki hali arasıeda xeyli ölən və yaralananlar var. Ermənistan Tioçka-U raketindən istifdə edib. Bu raket böyük dağıdıcı gücə malikdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, əhalinin sıx yaşadığı bir əraziyə bu cür raketin atılması çoxlu saylı insenaların qətlə yetirilməsi məqsədi daşıyıb: “Hətta Ermnəistan “Smerç”, “Skad” raketlərindən də şəhərlərimizi atəşə tutur. Eyni zamanda Ermənistan Azərbaycanın sənaye şəhərləri olan Minəçevir şəhərini də “Smerç” raketlərindən atəşə tutur. Bu, Moskvada əldə olunmuşq humanitar atəşkəs rejiminə ziddir. Azərbayxan humanitar atəşkəs rejiminə əməl etdi, amma Ermənistan mülki əhaliyə qarşı vandalizm aktı törətdi. Beynəlxalq təşkilatar Ermənistana siyasi təzyiq göstərməlidir. Ermənistan həm qara bazardan, həm də mülki təyyarələrdən istifadə etməklə yeni silahlar gətirir. Bu, beynəlxalq mülki aviasyia qaydalarnü ada tamilə ziddir”.

H.Hacıyev nəzərə çatdırıb ki, Azərbaycan danışıqların ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə sdaiqlik nümayiş etdirdi: “Amma təəssüf ki, Ermənistan bu razılaşmanı pozaraq Azərbaycanın mülki əhalisini atəşə tutdu. Ermənistan özü də etiraf edir ki, mülki əhaliyə hücum etməklə hansısa məqsədlərinə çatmaq istəyirlər. Ermənistan həm təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini, hətta təmas xəttindən 100 km uzaqlıqda yerləşən yaşayış məntəqələrini atəşə tutur. Əgər Ermənistan bu əməllərini davam edəcəksə, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq cavab tədbirləri görəcək. Lakin biz Ermənistanın silahlı qüvvələri ilə mübarizə aparırıq. Mülki əhali bizim hədəfimiz deyil. Hərbçilər döyüş meydanında döyüşməli, mülki əhaliyə qarşı müharibə aparmamalıdırlar”.

S.Xankişiyeva

 

Paylaş:
518

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər