Düşmənin kabusuna çevrilən “Bayraktar TB2” nəyə qadirdir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmənin kabusuna çevrilən “Bayraktar TB2” nəyə qadirdir?

16:52 - 12 / 10 / 2020
Düşmənin kabusuna çevrilən “Bayraktar TB2” nəyə qadirdir?

"Dağlıq Qarabağ səması tamamilə pilotsuz təyyarələrin nəzarəti altındadır. Biz görürük ki, zirehli texnikaların istifadəsi mümkünsüzdür. Hətta müdafiə silahları ilə təchiz olunmuş texnikalar belə pilotsuzlar qarşısında tamamilə müdafiəsizdir".

1news.az techland.az-a istinadən bildirir ki, bu fikirləri hərbi ekspertlər Azərbaycan ordusunun işğal altındakı ərazilərin azad olunması üçün keçirdiyi əməliyyatlarda istifadə etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatları barədə səsləndirir.

Türkiyənin "Bayraktar Makina" şirkətinn istehsalı olan "Bayraktar TB2" aparatı Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistana məxsus hərbi obyektlər, zirehli texnikalar, RƏM sistemləri və canlı qüvvənin məhv edilməsində istifadə olunur.

Qardaş ölkədə qısaldılmış adı SİHA (Silahlı İnsansız Hava Aracı) olaraq bilinən pilotsuz uçuş aparatları Ermənistan üçün kabusa çevrilib.

"Bayraktar TB2"-nin texniki xarakteristikası belədir:

Uzunluğu: 6,5 metr
Qanadların genişliyi: 12 metr
Maksimal uçuş çəkisi: 650 kiloqram
Yükgötürmə qabiliyyəti: 55 kiloqram
Maksimal sürəti: 222 km/saat
Kreyser sürəti 130 km/saat
Fəaliyyət radiusu: 150 kilometr
Xidmət yüksəkliyi - 27.000 fit
Havada qalma müddəti - 27 saat
"Bayraktar TB2" avtomatik uçuş və eniş sistemi ilə təchiz olunub. Tank əleyhinə iki raket və Roketsan MAM-L və ya MAM-C lazerlə idarə olunan döyüş sursatı daşıyır. Pilotsuz uçuş aparatı kamera və nəzarət sistemlərilə də təchiz olunub.

Bu da ona kəşfiyyat məqsədləri üçün istifadə etməyə imkan verir. MAM-L sistemi L-UMTAS uzun mənzilli tank əleyhinə raket sisteminin lazer modifikasiyası kimi hazırlanıb. Əsas baza versiyasından onunla fərqlənir ki, raket mühərriki yoxdur və "glider" uçuş üçün qanadlarla təchiz olunub.

"Baytaktar TB2" PUA-nın əsas istifadəçiləri Türkiyə Hərbi Hava Qüvvələridir. Türkiyə ilə yanaşı Qətər və Ukrayna ordusu da pilotuzlardan istifadə edir. Dağlıq Qarabağın işğaldan azad olunması əməliyyatları göstərdi ki, "Bayraktar TB2" Azərbaycan ordusunun arsenalında da var.

1news.az

Paylaş:
578

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!28 / 06 / 2024, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib28 / 06 / 2024, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilir28 / 06 / 2024, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunub28 / 06 / 2024, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib28 / 06 / 2024, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb28 / 06 / 2024, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıb28 / 06 / 2024, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTO28 / 06 / 2024, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib28 / 06 / 2024, 16:58Bakının iki rayonunda işıq olmayacaq28 / 06 / 2024, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb28 / 06 / 2024, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib28 / 06 / 2024, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO28 / 06 / 2024, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir28 / 06 / 2024, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB28 / 06 / 2024, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı28 / 06 / 2024, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər28 / 06 / 2024, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib28 / 06 / 2024, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB28 / 06 / 2024, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAM28 / 06 / 2024, 15:08
Bütün xəbərlər