Səfirlər, hərbi attaşelər Gəncə və Mingəçevirə səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Səfirlər, hərbi attaşelər Gəncə və Mingəçevirə səfər edəcək

10:10 - 12 / 10 / 2020
Səfirlər, hərbi attaşelər Gəncə və Mingəçevirə səfər edəcək

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcək.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

H.Hacıyev bildirib ki, diplomatlar Ermənistanın günahsız insanlara və kritik enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olacaq.

1news.az

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər