Finlandiya Parlamentinin önündə Ermənistanın işğalçı və terror siyasətinə etiraz bildirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Finlandiya Parlamentinin önündə Ermənistanın işğalçı və terror siyasətinə etiraz bildirilib

17:44 - 15 / 10 / 2020
Finlandiya Parlamentinin önündə Ermənistanın işğalçı və terror siyasətinə etiraz bildirilib

Finlandiyanin Helsinki şəhərində "Ermənistan dövlətinin mülki Azərbaycan əhalisinə qarşı təcavüzünə "dayan" deyək" adli aksiya kecirilib. Ölkə parlamentinin önündə gerçəkləşdirilən aksiya Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın və Finlandiyada yasayan azərbaycanlıların təşəbbusu ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, aksiyada Finlandiya Azərbaycanlıları Cəmiyyətinin huquqsunasi Gülzar İsmayıl, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova, Finlandiya Azərbaycanlılarının nümayəndəsi Leylı Hüseynova və gənc fəal soydaşımız Mona Savojifar çıxış ediblər. Natiqlər yerli mətbuatda Dağlıq Qarabağ münaqişəsinin birtərəfli işıqlandırılmasına etirazlarını bildiriblər. Ermənistanın Azərbaycanın qədim və əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etməsinin 27 illik xronikasına nəzər salınıb.

Çıxış edənlər, oktyabrın 11-də gecə saat 2 radələrində Azərbaycanın ikinci şəhəri Gəncənin mülki yaşayış məntəqələrinə və infrastrukturuna raket zərbələri endirdiyini nəzərə çatdırıblar.

Ölkənin bas naziri Sanna Marinçə, xarici işlər naziri Pekka Haavistoya, Avropa İttifaqi naziri Tytti Tuppurainenə, Sosial-Demokrat Partiyasının parlament qrupunun rəhbəri və üzvlərinə, İsveç partiyasinin sədri və üzvləri, Yaşıllar Partiyasının parlamet qrupunun rəhbəri və üzvlərinə ünvanlanan bəyanat oxunub.

Tədbir iştirakçıları Finlandiya Parlamentini, ATƏT-in Mınsk qrupunun Finlandiya uzrə təmsılcisini, dunya ictimaiyyətini və beynəlxalq təskilatları Ermənistanın Azərbaycana qarşı təcavüzünü dayandırması, Azərbaycan torpaqlarının isgaldan dərhal və qeyd-şərtsiz azad etməsi, beynəlxalq qanunlara uyğun davranması üçün rəsmi rəsmi İrəvana təzyiq göstərilməsinə çağırıblar.

Azərbaycan, Türkiyə və Finlandiya bayraqlarının dalğalandırıldığı aksiya zamanı "Qarabağ Azərbaycandır!", "Ermənistanın təcavüzünü dayandırın!", "Ermənistanın terrorunu dayandırın!" və s. şüarlar səsləndirilib.

1news.az

Paylaş:
360

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər