Səfir Azərbaycanın haqlı mövqeyini İsveçrənin ən çox oxunan xəbər portallarından birində diqqətə çatdırıb | 1news.az | Xəbərlər
Siyasət

Səfir Azərbaycanın haqlı mövqeyini İsveçrənin ən çox oxunan xəbər portallarından birində diqqətə çatdırıb

23:24 - 15 / 10 / 2020
Səfir Azərbaycanın haqlı mövqeyini İsveçrənin ən çox oxunan xəbər portallarından birində diqqətə çatdırıb

İsveçrənin ən çox oxunan xəbər portallarından sayılan “Tribune de Geneve”-ə müsahibə verən səfir Xanım İbrahimova Ermənistanın son hərbi təcavüzü haqqında ətraflı məlumat vermiş və Azərbaycanın əks-hücum tədbirləri həyata keçirməsi diqqətə çatdırmışdır.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, Ermənistanın məqsədli şəkildə cəbhədən uzaq şəhər və məntəqələrimizə bombalar atdığını bildirən səfir, nəticə etibarilə çoxsaylı mülki vətəndaşlarımızın qətlə yetirilməsini, mülki obyektlərə ciddi zərərlər vurulmasını bildirmişdir.

Türkiyə ilə bağlı məqama da toxunan səfir Türkiyənin münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərini dəstəkləməsini və bu xüsusda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi ilə bağlı mövqeyinin  dəyişilməz olmasını və hazırda davam edən döyüşlərdə Türkiyənin də iştirakı ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmamasını qeyd etmişdir.

Əlavə olaraq bildirilmişdir ki, hazırda davam edən genişmiqyaslı döyüşlərdə Ermənistan tərəfi Suriya və digər Yaxın Şərq ölkələrindən gətirdiyi terrorçuları, erməni əsilli muzdluları Azərbaycana qarşı fəal şəkildə istifadə edir. Səfir müsahibəsində hazırda Suriyadan Ermənistandan gətirilən terrorçuların “könüllü əsgər” adı ilə işğal edilmiş ərazilərimizə göndərilməsi, Yaxın Şərq ölkələrindən olan erməni əsilli muzdluların Azərbaycana qarşı döyüşməsini təsdiq edən video və digər faktların olmasını söyləmişdir.

Sonda səfir “Tribune de Geneve” xəbər portalı daxil olmaqla, bütün mətbu orqanların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qərəzsiz olmalarının və  beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi sənədlərə istinad edilməsinin vacibliyini vurğulamışdır.

S.Xankişiyeva

 

 

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər