Azərbaycan Prezidenti: Şuşasız bizim işimiz yarımçıq olar | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Şuşasız bizim işimiz yarımçıq olar

18:17 - 16 / 10 / 2020
Azərbaycan Prezidenti: Şuşasız bizim işimiz yarımçıq olar

“İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”, - Prezident əlavə edib.

S.Xankişiyeva

 

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər