Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub

13:50 - 17 / 10 / 2020
Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

1news.az-ın Anadolu Xəbər Agentliyinə istinadla məlumatına görə, H. Akar Gəncədə mülki əhalinin yaşadığı yerləri hədəf alan Ermənistanı qınayıb: “Ermənistan müharibə cinayətlərini davam etdirir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr etməkdədir”.

H.Akar Füzulinin işğaldan azad olunması, Ermənistanın iki “Su-25” hərbi təyyarələrinin vurulması ilə bağlı həmkarını təbrik edib.

1news.az

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər