Ermənistanın atəşi nəticəsində Gəncədə 5 dinc sakin həlak olub, 35 nəfər yaralanıb

"Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var" .
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.
Qafar Ağayev
696