Bakıdan ermənilərə dəstək fonduna 50 min dollar köçürən iş qadını kimdir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan ermənilərə dəstək fonduna 50 min dollar köçürən iş qadını kimdir?

16:20 - 21 / 10 / 2020
Bakıdan ermənilərə dəstək fonduna 50 min dollar köçürən iş qadını kimdir?

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir.

1news.az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün "Facebook" səhifəsində yazıb:

"Bu qadın Bakı şəhəri 34 ünvanında yerləşən Anderson-"Coffee shop in Baku" obyektinin sahibəsidir. Bu günlərdə erməni fonduna 50 min ABŞ dolları keçirib.

Bakıda pul qazanır və övladlarımızın öldürülməsi üçün düşmənə yardım edir.

Bu müəssisə aidiyyəti qurumlar tərəfindən dərhal qapadılmalı və erməni əsilli bu iş adamının ölkədə fəaliyyəti qadağan edilməlidir".

Qeyd edək ki, Nəsimi rayonunda (AF Mall) yerləşən "AnderSon" ailəvi kafelər şəbəkəsinin sahibi Anastasiya Tatulova şəxsi sosial şəbəkə hesabında paylaşım edərək "Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm", - deyə qeyd edib.

Bundan sonra sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər, indiyə kimi kafedə olmuş müştərilər də şərh yazaraq obyekti boykot etdiklərini bildirərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd ediblər.

Bir müddət sonra A.Tatulova paylaşımını silib. Dünən isə həmin kafe fəaliyyətini dayandırıb və Tatulova barəsində araşdırmalar aparılır.

1news.az

Paylaş:
690

Son xəbərlər

Bütün xəbərlər