Fransa səfiri: “Bərdədə insan itkisindən çox kədərləndim”
Fransanın Azərbaycandakı səfiri Zakari Bərdə şəhərinə raket hücumu nəticəsində mülki şəxslərin ölümündən kədərləndiyini bildirib.
1news.az-ın xəbərinə görə, bu barədə fransalı diplomat “Twitter”də bildirib.
“Bərdədə insan itkisindən çox kədərləndim", deyə Zaxari Qross qeyd edib.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb.
1news.az
402