Dünya birjalarında neftin bu günə olan qiyməti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya birjalarında neftin bu günə olan qiyməti

12:18 - 30 / 10 / 2020
Dünya birjalarında neftin bu günə olan qiyməti

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar geriləyərək 36,98 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,55 dollar ucuzlaşaraq 35,62 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,61 dollar ucuzlaşaraq 37,65 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-da xam neft hasilatı və ehtiyatlarının artması, eləcə də Liviyada neft obyektləri və limanlardakı fors-major vəziyyət aradan qaldırıldıqdan sonra neft istehsalının yenidən başlaması nəticəsində bazarlarda tədarüklə bağlı yaranan narahatlıqlar “qara qızıl”ın qiymətlərinin aşağı istiqamətli dəyişməsinə təsir göstərir.

1news.az

Paylaş:
503

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər