Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edilib

13:29 - 31 / 10 / 2020
Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edilib

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Fərid Vahid oğlu Təqdirov Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib. 

TƏBİB-dən 1news.az-a verilən məlumata görə, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib. 

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

1news.az

Paylaş:
1909

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər