Binəli Yıldırım: “Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir” | 1news.az | Xəbərlər
Siyasət

Binəli Yıldırım: “Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir”

15:15 - 02 / 11 / 2020
Binəli Yıldırım: “Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir”

Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız.

1news.az-ınməlumatına görə, bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Prezident İlham Əliyevin qəbulunda söyləyib.

Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində əvvəldən bəri daim onun yanındayıq. Heydər Əliyev cənablarının “Bir millət, iki dövlət” şüarını o gündən bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq Qarabağ məsələsində Siz yerdən göyə qədər haqlısınız. Çünki Azərbaycan bu müharibədə öz torpaqlarını işğalçılardan təmizləyir.

Azərbaycan 27 ildir davam edən bu işğala son qoyur, öz ərazilərinin azad olunmasını təmin edir. Buna görə Azərbaycan gecə-gündüz böyük vətənpərvərlik nümunəsi göstərərək hər gün qəhrəmanlıq dastanları yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər oxudum, bir təyyarə məhv edilib.

Qafar Ağayev

Paylaş:
411

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər