Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi

13:54 - 03 / 11 / 2020
Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi

Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

1news.az Müdafiə Nazirliyi-nə istinadən bildirir ki, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

1news.az

Paylaş:
446

Son xəbərlər

Bütün xəbərlər