Azərbaycanın beynəlxalq müstəvidə növbəti dəfə tanıdılması - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın beynəlxalq müstəvidə növbəti dəfə tanıdılması - FOTO

10:15 - 04 / 11 / 2020
Azərbaycanın beynəlxalq müstəvidə növbəti dəfə tanıdılması - FOTO

Azercell-in #QadınDediyin layihəsi nüfüzlu beynəlxalq Red Jolbors festivalında Gümüş və Bürünc medal qazandı.

Olkəmiz üçün tarixi və son dərəcə əhəmiyyətli olan dönəmdə, tək cəbhədə yox, həmçinin informasiya məkanında da güclü mübarizənin getdiyi zamanda Azercell şirkəti Azərbaycanın beynəlxalq aləmdə növbəti dəfə tanıdılmasına nail olub. Belə ki, Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan Red Jolbors festivalında Azərbaycanın lider mobil operatoru Azercell-in hazırladığı #QadınDediyin sosial layihəsi iki yüksək mükafata layiq görülüb. Orta Asiya və MDB ölkələrindən yüzlərlə nümayəndənin qatıldığı yarışmada münsiflərin qərarına əsasən #QadınDediyin layihəsi bölgənin ən yaxşı KSM layihələri arasında ikinci yerə çıxaraq Gümüş medala, “Ən yaxşı rəqəmsal kampaniya” nominasiyası üzrə isə Bürünc medala layiq görülüb.

#QadınDediyin layihəsinin mesajlarında və çarxında cəmiyyətdə qadınlara dair mövcud olan stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs olunur. Davranışı ilə bu stereotipləri qıran xanımların timsalında uğurlu azərbaycanlı qadın idmançıların həyatından nümunələr təqdim edilib. Belə ki, öz hüquq və vəzifələrini bilən, öz yolunu seçib ona doğru əzmkarlıqla addımlayan qadın maneələri aşabiləcək və uğur qazana biləcək gücə, ağıla, iradəyə sahib olduğunu sübut etmiş olur; inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını göstərir.

Qeyd edək ki, bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaratdı, nüfuzlu influenserler və blogerlər tərəfindən dəstəkləndi, ictimaiyyətin diqqətini cəlb etməyə çalışdı.

Bu il ilk dəfə online formatda keçirilən tədbirdə 250-dən çox reklamçı, marketoloq, brend-menecer, PR mütəxəssisi Red Jolbors kommunikasiya festivalına öz işini təqdim edib. Onlar yeddi kateqoriya üzrə 20-dən çox nominasiya uğrunda mükafatlar üçün yarışıblar. Bu işləri qiymətləndirən komissiyada Avropa və MDB ölkələrinin tanınmış reklam agentlikləri, beynəlxalq mükafat laureatları təmsil olunub. Festival nüfuzlu qonaqları ilə yadda də qalıb. Müsabiqənin Jolbors Education adlı maarifləndirici bölməsində Google, Mail.ru Group, PepsiCo, Skyeng, Borjomi Global, Forbes Russia kimi məşhur şirkətlərin ekspertləri çıxış ediblər. Məşhur rejissor Timur Bekmambetov, tanınmış reklamçı Maksim Ponamaryov tədbir iştirakçıları qarşısında çıxış ediblər. Red Jolbors festivalı iştirakçılara peşəkar səviyyələrini artırmağa, həmçinin müxtəlif ölkələrin təmsilçilərinin müştərək maraqlı kreativ layihələrini ərsəyə gətirməsinə imkan yaradır. 

Azercell indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edərək ali mükafatlara layiq görülüb. Şirkətin KSM sahəsində həyata keçirdiyi layihə və təşəbbüslər dünyanın ən yaxşıları sırasında təqdim edilərək, ölkəmizin beynəlxalq aləmdə tanıdılması istiqamətində atılan uğurlu addımlardan olub.

Reklam hüququnda

Paylaş:
449

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər