Erməni təxribatı nəticəsində 91 mülki şəxs həlak olub, 2734 ev yararsız hala düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni təxribatı nəticəsində 91 mülki şəxs həlak olub, 2734 ev yararsız hala düşüb

12:43 - 04 / 11 / 2020
Erməni təxribatı nəticəsində 91 mülki şəxs həlak olub, 2734 ev yararsız hala düşüb

Erməni təxribatı nəticəsində ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 500 mülki obyekt, 98 hündürmərtəbəli yaşayış binası və 2734 yaşayış evi yararsız hala düşüb.

1news.az

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər