Sevinc Fətəliyeva: Ermənilərin işğal olunmuş ərazilərdə məscidlərimizi təhqir etməsi vandalizm aktıdır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Ermənilərin işğal olunmuş ərazilərdə məscidlərimizi təhqir etməsi vandalizm aktıdır

19:05 - 07 / 11 / 2020
Sevinc Fətəliyeva: Ermənilərin işğal olunmuş ərazilərdə məscidlərimizi təhqir etməsi vandalizm aktıdır

Azərbaycan Qərb və Şərqin müxtəlif sivilizasiyalarının qovuşduğu yerdə yerləşir. Ölkəmizdə tarix boyu tolerantlıq və multikulturalizm ənənələri formalaşıb.

Zəngin tariximizin ayrı-ayrı dövrlərində ölkəmiz bir çox mədəniyyətlərin və dini konfessiyaların nümayəndələrinin doğma evinə çevrilib, tolerantlıq və dini dözümlülük inkişaf edib. Buna görə də təəccüblü deyil ki, dini-mənəvi irsə hörmət, müxtəlif mənəvi ənənələrin daşıyıcıları arasında dialoqun təşviqi Azərbaycanda hər zaman lazımi səviyyədə olub, həmçinin ümumbəşəri və milli dəyərlərə xüsusi əhəmiyyət verilib. Bu gün dini və milli dözümlülük dövlət səviyyəsində təbliğ edilir, ölkənin etnik və dini müxtəlifliyi isə qürurumuzun mənbəyi olan milli sərvət kimi qiymətləndirilir.

İndiki mərhələdə Azərbaycanın dövlət-din münasibətlərindəki uğuru, əsasən, ölkə rəhbərliyinin din sahəsində yürütdüyü düzgün siyasətin nəticəsidir. Xüsusi diqqət və qayğı sayəsində qısa müstəqillik dövründə bu sahədə münasibətlərin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi istiqamətində böyük işlər görülüb, din azadlığı məsələsində mütləq sabitlik əldə edilib, dini məzhəblər arasında tolerantlıq mühiti qorunub və inkişaf etdirilib, dini icmaların və ibadət yerlərinin fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Əminliklə deyə bilərik ki, dövlət-din münasibətlərinin Azərbaycan modeli, zamanın tələbinə uyğun hazırlanıb və bir çox ölkələrdə nümunəvi model kimi qəbul edilən bir səviyyəyə gətirilib. Müasir Azərbaycan dini dəyərlərə dərin hörmətlə yanaşıldığı, dini abidələrin, o cümlədən məscidlər, xristian və yəhudi dini məbədlərinin dövlət səviyyəsində qayğı və himayə ilə əhatə olunduğu nümunəvi bir ölkədir. Azərbaycan bu gün də müxtəlif mədəniyyətlər arasındakı mənəvi körpü kimi tarixi rolunu ləyaqətlə davam etdirir. Din-dövlət münasibətlərinin yüksək səviyyədə olması bütün uğurlarımıza töhfə verən məqamlardan biridir.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva qeyd edib ki, əzəli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, etnik təmizləmə və milli zəmində bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, dövlət tərəfindən qorunan erməni kilsəsi hələ də Bakının mərkəzində dayanır, bu da qonşularımızdan fərqli olaraq xalqımızın dözümlülüyünün və tolerantlığının əyani sübutudur. “2019-cu ilin noyabrında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Zirvəsinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, dini ayrı-seçkiliyin, dindən siyasi məqsədlər üçün istifadə edilməsinin, münaqişələrə dini don geyindirilməsinin, münaqişələr zamanı tarixi və dini abidələrin məhv edilməsinin qarşısının alınması, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparılması və ənənəvi dəyərlərin təbliği əsas məsələlərdəndir. Bu sözlər müasir Azərbaycanın bütün dini konfessiyaların nümayəndələrinin tam əmin-amanlıq və mütləq harmoniya şəraitində yaşadıqları və təhlükəsizliyinin dövlət tərəfindən təmin edildiyi dünyəvi bir dövlət olmasının bariz nümunəsidir, - deyə deputat bildirib.

S.Fətəliyeva vurğulayıb ki, Azərbaycan dövləti beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verir. Azərbaycandan fərqli olaraq, ermənilər bizim məscidlərimizi dağıdır, təhqir edir. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid bütün muzeylər, məscidlər, abidələr dağıdılıb. Bu vandalizm aktının ermənilərin işğal etdikləri ərazilərdə Azərbaycanın mədəni irsinə necə məhəl qoymadığının sübutudur. İslam dininə aid olan nümunələrimiz məhv edilir, məscidləri bu gün İslam adına yaraşmayan bir tərzdə vandalizmə məruz qalır. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir.

“Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etməkdir. Ermənistanın mülki əhaliyə, eləcə də məsum körpələrə, mülki obyektlərə, maddi-mədəniyyət nümunələrimizə hücumları beynəlxalq hüququn pozulması deməkdir. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Paşinyan hakimiyyətinin cəbhədə məğlubiyyətlə yanaşı törətdiyi hərbi cinayətlər, günahsız mülki şəxslərə qarşı terror törətməsi onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirməkdədir Qarabağ münaqişəsinin həlli prosesində həm hərbi, həm də diplomatiya müstəvisində üstünlük Azərbaycanın tərəfindədir. İşğalçı dövlət getdikcə özünü daha da ağır duruma salmaqdadır. Ermənistan bundan artiq ciddi nəticə çıxarmalıdır”,- deyə Sevinc Fətəliyeva fikirlərini yekunlaşdırıb.

S.Xankişiyeva

 

Paylaş:
497

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər