Göyçayda minik avtomobili yanıb

Göyçay rayonunda “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “ВАЗ” markalı minik avtomobilinin arxa hissəsi qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qafar Ağayev
500