Lavrov: Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi
Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar.
Trend-in məlumatına görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Rusiya XİN rəhbəri bildirib:
"Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir".
S.Xankişiyeva