Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

23:01 - 23 / 11 / 2020
Azərbaycanın XİN rəhbəri BMT Baş katibi ilə telefonla danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” - deyə, o bildirib.

S.Xankişiyeva

 

 

Paylaş:
799

Son xəbərlər

Bütün xəbərlər