Gürcüstan koronavirusun yayılma sürətinə görə dünyada birinci yerdədir | 1news.az | Xəbərlər
Dünya

Gürcüstan koronavirusun yayılma sürətinə görə dünyada birinci yerdədir

13:47 - 24 / 11 / 2020
Gürcüstan koronavirusun yayılma sürətinə görə dünyada birinci yerdədir

Gürcüstan əhalinin hər yüz min nəfərinə düşən koronavirusa yoluxma faktına görə dünyada birinci yerdədir.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın New York Times nəşri məlumat yayıb.

Qəzet yazır ki, son həftə ərzində Gürcüstanda COVID-19 virusunun yayılması orta hesabla 3579,1 fakt təşkil edib və bu da, əhalinin hər 100 000 nəfərinin 95,9-u deməkdir.

Bu göstərici ilə Gürcüstan yoluxma sayına görə bütün dövlətlərdən qabaqdadır.

Siyahıda Gürcüstandan sonrakı yerləri Lüksemburq, Çernoqoriya, Serbiya, Andorra, Slovakiya, Avstriya, Xorvatiya və digər ölkələr gəlir.

1news.az

Paylaş:
710

Son xəbərlər

Bütün xəbərlər