Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyini vurğulayıblar. Birgə bəyanatın bölgədə dayanıqlı sülh və inkişafın təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Nazirlər, həmçinin ölkələr arasındakı ikitərəfli münasibətləri müzakirə edib, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə dair fikir mübadiləsi aparıblar.
1news.az