MDB məkanında ən yaxşı yollar Azərbaycandadır | 1news.az | Xəbərlər
İqtisadiyyat

MDB məkanında ən yaxşı yollar Azərbaycandadır

16:30 - 27 / 11 / 2020
MDB məkanında ən yaxşı yollar Azərbaycandadır

Dünya İqtisadi Forumu ölkələrdə avtomobil yollarının vəziyyəti barədə heasabatını yeniləyib.

1news.az-ın məlumatına görə, hesabata əsasən, Azərbaycan 141 ölkə arasında 24-cü yerdə qərarlaşmaqla MDB ölkələri arasında ən yüksək nəticəni göstərib.

Qeyd edək ki, 2016-cı ildə Azərabycan bu siyahıda 50-ci, 2018-ci ildə 36-cı yerdə qərarlaşmışdı.

2019-cu il üzrə hesabata əsasən, Azərbaycan dəmiryol daşımalarının səmərəliliyi reytinqində 141 ölkə arasında 11-ci, avianəqliyyat xidmətlərinin səmərəliliyi reytinqində 12-ci, dəniz daşıamalarının səmərəliliyi reytinqində 25-ci və yol infrastrukturunun keyfiyyəti reytinqində 27-ci olmuşdu.

1news.az

Paylaş:
836

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər