Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb

09:18 - 30 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 564 mindən çox artıb.

1news.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 564 813 nəfər yeni koronavirusa yoluxub, 8 985 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 61 869 330, ölənlərin isə 1 448 896 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər