Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam | 1news.az | Xəbərlər
Rəsmi

Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam

14:47 - 01 / 12 / 2020
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib - Sərəncam

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən, Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsi icra müddəti 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci il nəzərdə tutulurdu.

Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsinin icra müddəti isə 2021-2024-cü illər müəyyənləşdirilib. Bundan əvvəl bu müddətin 2020-2023-cü illəri əhatə etməsi nəzərdə tutulurdu.

1news.az

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər