İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb | 1news.az | Xəbərlər
Siyasət

İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb

18:26 - 02 / 12 / 2020
İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın COVID-19-la bağlı xüsusi sessiyasının gündəliyi açıqlanıb.

BMT-nin Azərbaycandakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, dekabrın 3-4-də BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər.

BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır bildirib: "COVID-19 qlobal səhiyyə böhranıdır. O həm də iqtisadi böhran, inkişaf böhranı, humanitar böhran və insan haqları böhranıdır. Bu, struktur bərabərsizliyini ortaya qoymuş və qeyri-mütənasib şəkildə cəmiyyətlərimizin ən həssas üzvlərini təsir edib. Xüsusi sessiya COVID-19-u məğlub etməkdən ötrü bir araya gəlməyimiz üçün tarixi imkan yaradır. Təsdiq mərhələsində olan peyvəndlərlə bağlı xəbərlər və qlobal bərpa səylərinə trilyonlarla dollar axını ilə beynəlxalq ictimaiyyət bunu doğru şəkildə reallaşdırmaq üçün görünməmiş bir fürsət əldə edib. Dünya BMT-nin liderliyini gözləyir; bu çoxtərəflilik üçün bir sınaqdır. İnanıram ki, Baş Assambleya irəliyə doğru yol açacaq və xidmət etdiyimiz çalışdığımız insanların əzablarına, çətinliklərinə son qoyacaq".

İki günlük xüsusi sessiyada dekabrın 3-də keçiriləcək ümumi müzakirlər, dekabrın 4-də isə mütəxəssislər, BMT agentlikləri və aparıcı elm adamları ilə interaktiv dialoqlar olacaq.

Sessiyanın ilk günündə BMT Baş Assambleyasının Prezidenti, BMT Baş katibi, İqtisadi və Sosial Şuranın və Təhlüksizlik Şurasının Prezidentləri, Qoşulmama Hərəkatı Təşkilatının sədri çıxış edəcək və daha sonra dünya liderlərinin pandemiya ilə mübarizə təcrübələri və COVID-19-la bağlı ehtiyaclar barədə mesajları təqdim olunacaq.

Sessiyanın ikinci günündə isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təqdimatı, səhiyyə və humanitar cavab, peyvəndin inkişafı və sosial-iqtisadi bərpa məsələlərini əhatə edən üç panel müzakirəsi keçiriləcək.

Qeyd edək ki, BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev çıxış edib.

S.Xankişiyeva

 

Paylaş:
686

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər