Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub

22:45 - 02 / 12 / 2020
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub

Cari ilin 2 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

XİN-dən 1news.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

S.Xankişiyeva

 

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər