Prezident: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur | 1news.az | Xəbərlər
Siyasət

Prezident: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur

20:02 - 03 / 12 / 2020
Prezident: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur

Aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk.

Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu fikirləri BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasındakı çıxışında səsləndirib.

Dövlətimizin başçısı deyib: “Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünki biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim”.

S.Xankişiyeva

 

Paylaş:
694

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər