Nüfuzlu “China Daily” qəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır | 1news.az | Xəbərlər
Siyasət

Nüfuzlu “China Daily” qəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır

19:03 - 04 / 12 / 2020
Nüfuzlu “China Daily” qəzeti Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının Xüsusi Sessiyasındakı çıxışından yazır

Nüfuzlu “China Daily” qəzeti Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasını diqqətdə saxlayıb.

AZƏRTAC xəbər verir ki, qəzet Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 3-də Qoşulmama Hərəkatının Sədri qismində sessiyada videoformatda çıxışından bəhs edib. "China Daily" Prezident İlham Əliyevin "Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır" fikrini qeyd edərək yazır ki, bu, COVID-19-a qarşı əlaqəli səmərəli mübarizənin tərkib hissəsi olmalıdır.

Nəşr yazır: “Əliyev ümidvar olduğunu bildirib ki, COVID-19-a qarşı vaksin hamı üçün münasib qiymətə paylanılması təmin ediləcək. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir”.

Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci il mayın 4-də koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə Prezident İlham Əliyev BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləyib. Ümumilikdə, BMT-nin 150-dən çox üzv dövləti həmin təşəbbüsü dəstəkləyib. Beynəlxalq və regional əməkdaşlığa dırnaqarası yanaşan Ermənistan isə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxış edib. Rəsmi İrəvan son anadək Xüsusi Sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb. Dövlətimizin başçısının vurğuladığı kimi, beynəlxalq münasibətlərin subyekti yox, obyekti olan Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olub.

S.Xankişiyeva

 

Paylaş:
653

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər