Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib – FOTO – VİDEO

19:46 - 04 / 12 / 2020
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib – FOTO – VİDEO

Vətən müharibəsi  şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edənlər müzəffər ordumuzun qələbəsindən və şəhidlərimizin xatirəsinin yad edilməsinin əhəmiyyətindən danışıblar.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Günnüt əməliyyatlarının və 2-ci Qarabağ müharibəsinin iştirakçısı,  zabit Renat Şıxnəbiyev döyüşlər barədə təəssüratlarını bölüşüb.

Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonda şəxsi heyətin təntənəli keçidi olub.

S.Xankişiyeva

 

 

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər