Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb – FOTO

23:17 - 04 / 12 / 2020
Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb – FOTO

Dekabrın 4-də canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu münasibətlə Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionu Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə başlayıb.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi Qələbə qazanıb və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub.

S.Xankişiyeva

 

Paylaş:
1184

Son xəbərlər

Bütün xəbərlər