Gürcüstanda koronavirusala bağlı vəziyyət | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda koronavirusala bağlı vəziyyət

15:32 - 06 / 12 / 2020
Gürcüstanda koronavirusala bağlı vəziyyət

Gürcüstanda COVID-19-a yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb. Son sutkada ölkədə daha 4321 nəfərdə koronavirus aşkarlanıb, 4301 nəfər sağalaraq evə buraxılıb, 42 xəstə isə vəfat edib.

1news.az AZƏRTAC-a xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytında məlumat yerləşdirilib.

Bildirilir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 162 min 475-ə yüksəlib. Yoluxanların 133 min 511-i sağalıb, 1504-ü isə pandemiyanın qurbanı olub.

Hazırda Gürcüstanda 1282 nəfər karantin zonalarında, 6897 nəfər isə stasionar nəzarətdə saxlanılır.

1news.az

Paylaş:
750

Son xəbərlər

Bütün xəbərlər