İngiltərədə vaksin ilk olaraq 90 yaşlı qadına vuruldu - VİDEO
Böyük Britaniyanın Koventri şəhərində 90 yaşlı qadın ilk dəfə "Pfizer-BioNTech" vaksini ilə peyvəndlənib.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, kliniki sınaqlardan sonra ilk peyvəndləmə səhər saatlarında baş tutub.
Bu gündən etibarən Böyük Britaniyada qocalar evlərinin sakinləri, tibb və sosial işçilər və digər həssas qruplara daxil olan şəxslərin peyvəndləməsi başlayacaq.
Qeyd edək ki, Böyük Britaniya dekabrın 2-də "Pfizer-BioNTech" vaksinini kütləvi peyvəndləmə üşün qeydiyyata alan ilk ölkə olub. Bu ilin sonunadək həmin vaksinin Avropa İttifaqında və ABŞ-da qeydiyyata alınması gözlənilir.
1news.az
641