Elman Rüstəmov şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsindən danışdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmov şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsindən danışdı

14:23 - 09 / 12 / 2020
Elman Rüstəmov şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsindən danışdı

Şəhid və qazi ailələrinə ciddi diqqət göstərilməsi istiqamətində işlər görülür.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, şəhid və qazi ailələrinin banklarda olan borclarının silinməsi və digər məsələlərlə bağlı mərkəz yaradılmalıdır. O qeyd edib ki, dövlət tərəfindən bu istiqamətdə ciddi işlər görülür:

"Maliyyə sektorunda da bu istiqamətdə tədbirlər həyata keçirilir. Şəhidlər və qazilər bizim qəhrəmanlarımızdır. Prezident İlham Əliyev tərəfindən də bununla bağlı çox ciddi göstərişlər verilib".

1news.az

Paylaş:
574

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər