Polad Həşimov, İlqar Mirzəyev və İbad Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib:
Həşimov Polad İsrayıl oğlu – general-mayor (ölümündən sonra)
Mirzəyev İlqar Anzor oğlu – polkovnik (ölümündən sonra)
Hüseynov İbad Mövsüm oğlu – ehtiyatda olan baş çavuş.
1news.az
922