Rəcəb Tayyip Ərdoğan: Bütün bu ziyanın hesabı sorulmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Rəcəb Tayyip Ərdoğan: Bütün bu ziyanın hesabı sorulmalıdır

16:44 - 10 / 12 / 2020
Rəcəb Tayyip Ərdoğan: Bütün bu ziyanın hesabı sorulmalıdır

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi əsla mübarizənin başa çatması demək deyildir. Bu günə qədər siyasi və hərbi sahədə davam etdirilən mübarizə bundan sonra çox fərqli cəbhələrdə davam edəcək.

1news.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışında bildirib.

“Otuz illik işğal müddətində bu bölgələrin viranəyə çevrildiyini, daş üstündə daş qalmadığını hamımız birlikdə gördük. Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa belə bina tapılmamışdır. Bütün şəhərlər tar-mar edilmiş, bütün kəndlər yerlə-yeksan olmuş, məzarlıqlar belə dağıdılmışdır. Məscidlər dağıdılmış, minarələr eynilə tar-mar olmuşdur. Ermənilər hər şeyi məhv etdikləri kimi, tarixi və mədəni abidələri də, təbii, sərvətləri də qarət etdilər. Bütün bu ziyanın hesabı sorulmalıdır”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan torpaqlarının da hədəfə alındığını xatırladan Rəcəb Tayyib Ərdoğan deyib: “Yüz məsum mülki şəxs şəhid edilib, analar balasız, uşaqlar atasız-anasız qalmışdır. Hücumlar nəticəsində 416 qardaşımız da yaralanmışdır. Müharibə hüququ kobud şəkildə pozulub, insanlıq şərəfi ayaqlar altına salınmışdır. Bunları görməməzliyə vuranların gözləri qədər vicdanları da korlaşmışdır. Hər məcrada bunun hesabını sormalıyıq”.

İllərdir yurd həsrəti ilə alışıb yanan bir milyon qaçqın və məcburi köçkünün doğulduqları torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini deyən Türkiyə Prezidenti əminliklə qeyd edib ki, İnşallah, ən qısa vaxtda qardaşlarımızın yurd həsrəti sona çatacaq.

Qafar Ağayev

Paylaş:
564

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər