Hulusi Akar: Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olacaq | 1news.az | Xəbərlər
Siyasət

Hulusi Akar: Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olacaq

10:30 - 10 / 12 / 2020
Hulusi Akar: Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olacaq

Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı qətliamı hələ də yaddaşlarda yerini qoruyur.

1news.az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə parlamentində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumların qarşısını almaq və torpaqlarını işğaldan azad etmək üçün 27 sentyabrda hərəkətə keçib: "44 gün davam edən, ancaq 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və davamlı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib".

H. Akar Atatürkün vəfat etdiyi 10 noyabr tarixinin əvəzinə Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd olunacağını da xatırladıb: "Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildirirəm. Beləliklə,  Azərbaycan "bir millət, iki dövlət" anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuzu bir daha nümayiş etdirdi. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək".

1news.az

Paylaş:
434

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər