Hərbi vəziyyət ləğv edildi - Prezidentdən FƏRMAN | 1news.az | Xəbərlər
Rəsmi

Hərbi vəziyyət ləğv edildi - Prezidentdən FƏRMAN

15:31 - 11 / 12 / 2020
Hərbi vəziyyət ləğv edildi - Prezidentdən FƏRMAN

Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərmanı imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Fərmanla “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alınır:

- “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.

- Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.

1news.az

Paylaş:
712

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər