ABŞ Senatı Türkiyəyə qarşı sanksiyalar layihəsini qəbul etdi
ABŞ Senatı Türkiyəyə "S-400" raketdən müdafiə sistemlərini satın aldığı üçün sanksiyaların tətbiqinə yol açan Milli Müdafiə Səlahiyyət Qanununu (NDAA) qəbul edib.
1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nümayəndələr Palatası Donald Trampın veto qoyacağını söylədiyi qanun layihəsini 11-ə qarşı 79 səslə qəbul edib. Səs çoxluğu yüksək olduğu üçün Tramp veto hüququndan məhrum edilir.
Qeyd edilib ki, qərarın qüvvədə olmasından sonrakı 30 gün ərzində Türkiyə Rusiyadan "S-400" müdafiə sistemini aldığı üçün sanskiya tətbiq ediləcək.
1news.az
578