Nikol Paşinyan əsirlərin mübadiləsindən danışıb | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyan əsirlərin mübadiləsindən danışıb

13:31 - 14 / 12 / 2020
Nikol Paşinyan əsirlərin mübadiləsindən danışıb

Ermənistanın baş naziri Nikol Paşinyan əsirlərin mübadiləsi haqqında danışıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, N.Paşinyan bu gün video-müraciətində əsirlərin mübadiləsinin yaxın zamanlarda baş tutacağını bildirib:

"Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”.

1news.az

Paylaş:
738

Son xəbərlər

Bütün xəbərlər